Bakıda 2 yaşlı uşaq oğurlandı – MƏHKƏMƏ İŞİ  

Bakıda 2 yaşlı uşaq oğurlandı – MƏHKƏMƏ İŞİ  

Hazırda oxunan: Bakıda 2 yaşlı uşaq oğurlandı – MƏHKƏMƏ İŞİ  

82574

Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.  

Bizim.Media xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.   

Məhkəmənin hazırlıq iclası iyulun 14-nə təyin edilib.  

İttihama görə, 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevin itkin düşməsi barədə polisə məlumat daxil olub.  

2022-ci ilin yanvarın 8-də Sabunçu rayon Polis İdarəsi və 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində M.Şıxəliyev tapılıb. 

Polisin keçirdiyi əməliyyat nəticəsində 2 yaşlı uşağı oğurlayan Beyləqan rayon sakini G.Muradova həbs edilib.  

Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO