İqtisad Universitetinin Məzun Günü söz-söhbətə səbəb oldu - Rəşid Mahmudovdan MÜNASİBƏT

İqtisad Universitetinin Məzun Günü söz-söhbətə səbəb oldu - Rəşid Mahmudovdan MÜNASİBƏT

Hazırda oxunan: İqtisad Universitetinin Məzun Günü söz-söhbətə səbəb oldu - Rəşid Mahmudovdan MÜNASİBƏT

82570

Təhsillərini başa vuran universitet tələbələrinin həyəcanla gözlədikləri günlərdən biri də, məhz Məzun Günüdür. Bu il keçirilən məzun günləri arasında Azərbaycan Dövlət İqtisad Universitetinin tədbiri xüsusi diqqət çəkib. Səbəb də məzunlaşma təntənəsinin “Crystal Hall”-da təşkili olub. 

Tibb Universitetinin müəllimi, ictimai xadim Rəşid Mahmudovun da bu məsələyə münasibəti özünü çox gözlətməyib.

Rəşid müəllim Bizim.Media-ya danışarkən bildirib ki, Məzun Gününün qapalı məkanda keçilməsi doğru deyil. Bu sanki hamını bir dama yığıb otağın ağzını bağlamağa bənzəyir:

“Belə tədbirlər açıq havada və bitirdikləri universitetin həyətində olmalıdır. Ona görə ki, tələbə 4 ilini birgə keçirdiyi Universitetini və müəllimlərin üzünü görüb təbriklərini və tövsiyələrini eşitsin. Hansısa DJ-in musiqisi altında Məzun Günü keçirmək nə dərəcədə doğrudur? Təbii ki, tədbirin xoş ovqata köklənməsi üçün musiqi səslənməsi də xoşdur, amma harada və necə məsələsi var”.

Rəşid Mahmudov digər Universitetlərin Məzun gününü “Crystal Hall”-da keçirə bilməməsinə də aydınlıq gətirib.

“Universitet tələbəyə yaxşı təhsil verməyə borcludur. Küçədən gələn, milli musiqi mədəniyyətimizə bələd olmayan DJ-lərin musiqisi ilə əyləndirməyə yox. Aydındır ki, İqtisad Universitetinin təntənəli surətdə və bahalı məkanda Məzun Günü keçirməsi maddi səbəblərdən qaynaqlanır. Digər universitetlərin tələbələri də, “Crystal Hall”-da məzun  günü keçirmək istəyirlərsə, yaxınlaşıb rəhbərliyə desinlər ki, əlini cibinə aparsın. Amma istənilən halda məncə, bu özəl gün simvolik olaraq universitetin həyətində keçirilməlidir”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO