Binəqədidə ƏMƏLİYYAT – Narkotik alverçiləri saxlanıldı

Binəqədidə ƏMƏLİYYAT – Narkotik alverçiləri saxlanıldı

Hazırda oxunan: Binəqədidə ƏMƏLİYYAT – Narkotik alverçiləri saxlanıldı

82535

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan Ə.Allahverdizadə və əvvəllər məhkum olunmuş F.İsmayılov saxlanılıblar.  

Bizim.Media DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, şəxsi axtarış zamanı Ə.Allahverdizadədən metamfetamin, F.İsmayılovdan isə heroin aşkar olunub.  

Polis əməkdaşları tərəfindən onların Biləcəri qəsəbəsi ərazisindəki mağazaların birindən 3500 manat dəyərində inşaat materialları oğurlamaları da müəyyən olunub.  

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO