DİM bu tələbələrə müraciət etdi

DİM bu tələbələrə müraciət etdi

Hazırda oxunan: DİM bu tələbələrə müraciət etdi

82534

Ali təhsil müəssisələrinin bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisaslarına qəbul üçün qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin hərəkətlər üzrə nəticələri onların 11 illik təhsil bazasından kolleclərin idman ixtisaslarına qəbul üçün qeydiyyatdan keçdikləri qabiliyyət imtahanı komissiyalarına şamil ediləcək. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, bundan əvvəl bir neçə komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların Məşqçilik (61, 62, 78, 79, 84 və 85-ci komissiyalar) komissiyalarından hər hansı birindən aldıqları müsbət nəticələr digərlərinə də şamil olunub.

Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin idman ixtisaslarına qəbul üçün bir neçə komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların Fiziki tərbiyə müəllimliyi (152, 452, 552, 652, 752, 852 və 952-ci komissiyalar) komissiyalarından hər hansı birindən aldıqları müsbət nəticələr digərlərinə şamil olunub. 

Abituriyentlərin nəzərinə çatdırılıb ki, imtahana gələrkən mütləq özləri ilə sağlam olduqlarını təsdiq edən sağlamlıq arayışını gətirməlidirlər. Gecikən abituriyentlər imtahana buraxılmayacaq. 
Qeyd edilib ki, qiymətlərin şamil edilməsi abituriyentlərin müvafiq komissiyalar üzrə qeydiyyatdan keçdiyi halda mümkündür. Şamil olunan qiymətlərin geriyə qüvvəsi yoxdur. Yəni bir fənn üzrə alınan məqbul qiymət daha sonrakı - keçirilməyən imtahanlara şamil oluna bilər. Qabiliyyət imtahanının təkrar keçirilməsi ilə bağlı müraciətlərə baxılmır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO