Bakıda minik avtomobili avtobusla toqquşdu – XƏSARƏT ALANLAR VAR

Bakıda minik avtomobili avtobusla toqquşdu – XƏSARƏT ALANLAR VAR

Hazırda oxunan: Bakıda minik avtomobili avtobusla toqquşdu – XƏSARƏT ALANLAR VAR

82515

Bakının Nizami rayonunun Qara Qarayev prospektində - metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.

99 JZ 249 nömrəli avtobus dayanacağda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99 DJ 615 nömrəli “Toyota Prius” markalı minik avtomobili arxadan avtobusa dəyib.
Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO