Bakıda 42 müntəzəm marşrut xətti üzrə 125 avtobus gecikmə ilə hərəkət edir.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Bizim.Media-ya verilən məlumata görə, bu dəqiqələrdə bəzi küçə və prospektlərdə müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələr müşahidə olunur.
1. Bakı-Sumqayıt şosesində-Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva pr-də və əks istiqamətdə Ekologiya postuna qədər hissədə 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 199 və 135 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-18 dəqiqə gecikmə müşahidə olunur.
2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda da 20 Yanvar dairəsi istiqamətində sıxlıq səbəbindən həmin ərazidən keçən 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-20 dəqiqə gecikmə var.
3. Akademik Həsən Əliyev küçəsi – hər iki istiqamətdə (Tbilisi pr və Koroğlu Rəhimov küç) 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-12 dəqiqə gecikmə müşahidə olunur.
4. Binəqədi şosesi – Binəqədi istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli li müntəzəm marşrut xətlərindəki avtobuslar intervallarda 13-18 dəqiqə gecikmə ilə hərəkət edir.
5. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində baxmayaraq ki, avtobus zolağı var lakin, 5, 6, 53, 88, 125, 127 və 205 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur.
6. Zabrat şosesi - Maştağa istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqəyə gecikmə var.
7. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıqla əlaqədar 13 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallar 11-18 dəqiqə gecikir.
8. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-22 dəqiqə gecikmə müşahidə olunur.
9. 28 May küç - Azadlıq pr - Zərifə Əliyeva küç sıxlıq səbəbindən də həmin ərazidən keçən 5, 88, 125 və 127 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-22 dəqiqəyə gecikmə var.
10. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində 11 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-18 dəqiqəyə gecikmə müşahidə olunur.
11. Heydər Əliyev prospekti şəhər istiqamətində (Bağirov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) 1, 2, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-18 dəqiqə gecikimə var.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:30 / 05.07.2022
Bakıda 125 avtobus gecikmə ilə hərəkət edir - FOTO
Hazırda oxunan: Bakıda 125 avtobus gecikmə ilə hərəkət edir - FOTO
Hazırda oxunan: Bakıda 125 avtobus gecikmə ilə hərəkət edir - FOTO
82469
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.