Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Abşeronun rayonunun Aşağı Güzdək avtomobil yolunun yenidən qurulmasını başa çatdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, yenidənqurma işləri çərçivəsində örtük sökülüb, torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Yeni torpaq yatağının və yol əsasının inşası aparılıb, zəruri yerlərdə 3000 p/m piyada səkiləri inşa edilib.
Yolboyu iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.
Sonuncu mərhələdə yolboyu zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətləri çəkilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:14 / 05.07.2022
Aşağı Güzdək avtomobil yolu yenidən quruldu - FOTO/VİDEO
Hazırda oxunan: Aşağı Güzdək avtomobil yolu yenidən quruldu - FOTO/VİDEO
Hazırda oxunan: Aşağı Güzdək avtomobil yolu yenidən quruldu - FOTO/VİDEO
82442
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.