Sumqayıtlı məzunlar Qubada – FOTO 

Sumqayıtlı məzunlar Qubada – FOTO 

Hazırda oxunan: Sumqayıtlı məzunlar Qubada – FOTO 

82426

Bu gün Qubada Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə ali məktəbin məzunları ilə görüş keçirilib.

Quba-Xaçmaz regional təhsil idarəsinin rəisi Rüfət Hacıyev Bizim.Media-ya məlumat verib ki, görüşdə Sumqayıt Dövlət Universitetinin məzunları ilə yanaşı, müəllimləri də iştirak edib.

Görüş zamanı peşəkar və ixtisaslı kadrların hazırlanmasında zəngin təcrübəyə malik olan Sumqayıt Dövlət Universitetinə orta məktəb məzunlarını cəlb etməklə yanaşı, universitetin növbəti dövr üçün perspektiv və vəzifələri də açıqlanıb.  

Görüşdə məzunlara Sumqayıt Dövlət Universitetinin rəhbərliyi adından xatirə hədiyyələri təqdim edilib, universitetin inkişaf yolunu əks etdirən videorolik nümayiş etdirilib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO