Azərbaycanlı jurnalistlərin Şuşa yazısı 9 ölkə mətbuatında yayımlanıb

Azərbaycanlı jurnalistlərin Şuşa yazısı 9 ölkə mətbuatında yayımlanıb

Hazırda oxunan: Azərbaycanlı jurnalistlərin Şuşa yazısı 9 ölkə mətbuatında yayımlanıb

82424

Jurnalist Əli Zülfüqaroğlu və diaspor üzrə ekspert Elnur Eltürkün Şuşa ilə bağlı hazırladıqları yazı 9 ölkənin 16 mətbuat orqanında yayımlanıb.

“Şuşa: dünyanın mədəniyyət incisi” sərlövhəli yazı İngiltərə, İtaliya, İordaniya, İraq, Misir, Əlcəzair, Sudan, Özbəkistan və Pakistanın  müxtəlif mətbuat orqanlarında işıq üzü görüb.

Bizim.Media xəbər verir ki, məqalədə Azərbaycan prezidenti İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etdiyi diqqətə çatdırılır. 

Yazıda Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Qarabağ bölgəsində, eyni zamanda Şuşada ciddi quruculuq işləri görüldüyü, bununla yanaşı Şuşanın artıq beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi qeyd olunur.
Həmçinin Şuşanın görkəmli incəsənət xadimlərindən, şəhərin 1992-ci ildə Ermənistan tərəfindən işğal olunması, uzun illər işğal altında saxlanılmasından, işğal müddətində Azərbaycanın tarixi abidələrinin dağıdılmaslndan bəhs edilir:

“...2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində bəyan etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaq. 

Beləliklə Şuşa 30 il işğal altında saxlanılan Qarabağın azadlıq, eyni zamanda ədalətin, sülhün, əminamanlığın simvoludur. Şuşa həmçinin mədəniyyət beşiyidir. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin Şuşa ili elan edilməsinin xüsusi anlamı var.

Xatırladaq ki, Şuşa işğaldan azad edildikdən sonra orada çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Şuşa şəhəri milli-mədəni və beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.
Bu gün Şuşa öz sahiblərinə qayıdıb. Şuşa inkişaf edir və dünyanın ən gözəl turistik mərkəzlərindən birinə çevriləcək.

Qədim Azərbaycan şəhəri olan Şuşaya çoxsaylı xarici siyasətçilər, elm adamları, eksperltər, jurnalistlər səfərlər edbilər. Xarici ölkələrdə fəaliyyət göstərən həmkarlarımızı Şuşaya dəvət edir və bu möhtəşəm mədəniyyət paytaxtımızı görmələrini arzulayırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO