Ötən sutka 83 yanğın olub, 9 nəfər xilas edilib – VİDEO 

Ötən sutka 83 yanğın olub, 9 nəfər xilas edilib – VİDEO 

Hazırda oxunan: Ötən sutka 83 yanğın olub, 9 nəfər xilas edilib – VİDEO 

82361

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 83 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 11 nəfər, o cümlədən Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihara cəhd edən 1 nəfər və “Goradil”, “Lənkəran” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
Həmçinin, Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında aşkar edilən naməlum kişi meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO