İmtahanların vaxtı dəyişdi - Abituriyentlərin NƏZƏRİNƏ 

İmtahanların vaxtı dəyişdi - Abituriyentlərin NƏZƏRİNƏ 

Hazırda oxunan: İmtahanların vaxtı dəyişdi - Abituriyentlərin NƏZƏRİNƏ 

82357

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyul və avqustda keçirilən imtahanların vaxtı dəyişdirilib. 

Bizim.Media DİM-ə istinadən xəbər verir ki, imtahanlar bu aylar üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. 

Qeyd edilib ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar:

“Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. 

“İmtahana buraxılış vərəqəsi”ndə, həmçinin imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və s. məlumatlar qeyd olunur. Buraxılış vərəqələri imtahandan 1 həftə öncə Mərkəzin saytına yerləşdirilir. 
İştirakçılara özləri ilə şəffaf qabda qazsız su da gətirmələri tövsiyə olunur”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO