Bu hospital rəhbərinin ölkədən çıxışı qadağan edildi

Bu hospital rəhbərinin ölkədən çıxışı qadağan edildi

Hazırda oxunan: Bu hospital rəhbərinin ölkədən çıxışı qadağan edildi

82355

“Milana Medical” MMC-nin rəhbəri, iş qadını və yazar kimi tanınan Xuraman Muradovanın ölkədən çıxışı məhdudlaşdırılıb. 

Bizim.Media xəbər verir ki, buna səbəb onun dövlət büdcəsinə olan vergi və sosial ödənişlərini ödəməməsi olub. 

Belə ki, Dövlət Vergi Xidməti məhkəməyə müraciət edərək X.Muradovanın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Ərizə onunla əsaslandırılıb ki, X.Muradovanın rəhbəri olduğu Milan Hospitalının (hospital “Milana Medical” MMC-ə məxsusdur) dövlət büdcəsinə ümumilikdə 7774 manat vergi və sosial ödənişlərlə bağlı borcu var. 
“Kriminalqafqaz”ın məlumatına görə, X.Muradova məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılıb. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub. Hospital direktorunun ölkədən çıxışına qadağa qoyulub. 

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin rəsmi saytında bu günə olan məlumatlara əsasən, “Milana Medical” MMC bütün vergi ödənişlərini ödəyib. 

Xatırladaq ki, 57 yaşlı Xuraman Muradova 2009-cu ildən iş qadını kimi fəaliyyət göstərir. O əvvəlcə “Laçın” Klinikasının rəhbəri olub. 2014-cü ildən isə Milan Hospitalın baş direktorudur. Avropa Tibb Assosiasiyasinin fəxri üzvüdür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO