Saatlıda narkotik alverçisi tutuldu

Saatlıda narkotik alverçisi tutuldu

Hazırda oxunan: Saatlıda narkotik alverçisi tutuldu

8228

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz olaraq əldə edib daşınmasında şübhəli bilinən şəxsin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən rayonun Mollavazili kənd sakini Xalid Fərəcov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman cibindəki kağız bükülüdə narkotik vasitə olan qurudulmuş marixauana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə X.Fərəcovun kənd ərazisindəki çöl sahədə polietilen torbada gizlətdiyi 365 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirlir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO