Zaur Baxşəliyev ATV-yə rəhbər gətirilir

Zaur Baxşəliyev ATV-yə rəhbər gətirilir

Hazırda oxunan: Zaur Baxşəliyev ATV-yə rəhbər gətirilir

82278

Teleaparıcı Zaur Baxşəliyev "Azad Azərbaycan Teleradio Yayım Şirkəti"nə (ATV) rəhbər gətirilir. 

Bizim.Media xəbər verir ki, yaxın günlərdə bununla bağlı telekanalda qərar qəbul olunacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

ATV və ARB rəhbərliyi Prezident Administrasiyasına ÇAĞIRILDI - BU VERİLİŞLƏRLƏ BAĞLI İRAD


Məlumata görə, ATV-nin fəaliyyət sahəsində dəyişiklik olunacaq. Bundan sonra ATV-nin sırf şou proqramları yayımlayan telekanal kimi ixtisaslaşdırılması nəzərdə tutulur.

Bu məqsədlə də teleaparıcı Zaur Baxşəliyevin yaxın günlərdə ATV-yə rəhbər təyin olunması gözlənilir. 

Qeyd edək ki, "konkret.az" saytı ARB və ATV telekanalları rəhbərlərinin Prezident Administrasiyasına çağırılması barədə məlumat yayıb. Xatırladaq ki, ATV-nin hazırkı prezidenti Azər Xəlilov bu vəzifəyə 2017-ci ildə təyin olunub. 

Azər Nəriman oğlu Xəlillov Bakıda doğulub. Paytaxtdakı 134 saylı məktəbdə orta təhsil, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. Uzun müddət Azərbaycan mediasında fəaliyyət göstərib.
2001-ci ildə BBC Azərbaycan xidmətində işə başlayıb. Təxminən 11 il Birləşmiş Krallığın paytaxtı Londonda – BBC-nin mərkəzi ofisində, həmçinin Bakıda çalışıb. 2012-ci ildə BBC-dəki işinə son verib. O, həmin il yaradılan ATV İnternational televiziyasına rəhbərlik etməyə başlayıb. İki il bu vəzifəni icra etdikdən sonra – 2013-cü ildən yeni yaradılan CBC (Caspian International Broadcasting Company) telekanalına rəhbərlik etməyə başlayıb. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO