Daxili İşlər Nazirliyi (DİN) "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin (İB) əməkdaşının döyülməsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən Bizim.Media-ya verilən məlumatda bildirilir ki, sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub, hazırda araşdırma aparılır.
İlkin məlumata görə, hadisə ailə-məişət zəminində baş verən verib.
***
Bakıda yerləşən "Təmiz Dünya" İctimai Birliyinin əməkdaşı döyülüb.
Bizim.Media-nın məlumatına görə, bu barədə ictimai birliyin rəhbəri Mehriban Zeynalova açıqlama verib.
O bildirib ki, Elnurə Zeynalova sığınacaqda qalan qadınlardan birinin qohumları tərəfindən şiddətə məruz qalıb.
''Orada yaşayan qadının əri Primov Habil Məhəmməd oğlu, qayınanası Primova Saniyyət Məhəd qızı və baldızı Xəyalə sığınacağa gələrək, Elnurə Zeynalovaya ciddi xəsarətlər yetiriblər''- deyə o qeyd edib.
Hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Qanar Xəttinə müraciət edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:20 / 12.01.2021
İctimai Birliyin əməkdaşı döyüldü - YENİLƏNİB - FOTO
Hazırda oxunan: İctimai Birliyin əməkdaşı döyüldü - YENİLƏNİB - FOTO
Hazırda oxunan: İctimai Birliyin əməkdaşı döyüldü - YENİLƏNİB - FOTO
8224
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.