Bakıda qadın intim görüntüləri ilə şantaj edildi – TƏFƏRRÜAT 

Bakıda qadın intim görüntüləri ilə şantaj edildi – TƏFƏRRÜAT 

Hazırda oxunan: Bakıda qadın intim görüntüləri ilə şantaj edildi – TƏFƏRRÜAT 

82229

Bakının Səbail rayonunda qadın seksual xarakterli hərəkətlər etməyə məcbur edilib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, paytaxt sakini Vüsal İsmayılov tanışı Nəcibəni (adlar şərtidir – red.) seksual xarakterli hərəkətlər etməyə vadar edib.  

Belə ki, Vüsal qadınla intim əlaqədə olandan sonra onun hərəkətlərini videoya çəkib. Daha sonra Nəcibəni dəfələrlə intim əlaqəyə girməsi ilə bağlı hədələyib. Ondan asılı vəziyyətə düşən Nəcibə dediklərinə əməl edib.  
Bir müddət sonra isə Nəcibə Vüsalın hədələrindən bezib və onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.  

Nəcibənin şikayəti əsasında Vüsal saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə ittiham elan edilib.  

Vüsalın barəsində olan cinayət işi araşdırılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Günel Səmədovanın icraatına verilib.  

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlayacaq.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO