"YAŞAT" Fondunun 2-ci düşərgəsi şimalda açıldı - FOTO/VİDEO

Hazırda oxunan: "YAŞAT" Fondunun 2-ci düşərgəsi şimalda açıldı - FOTO/VİDEO

82222

Bu gün Şabranda yerləşən "Qalaaltı hotel"də şəhid övladları üçün təşkil edilən yay düşərgəsinin açılışı olub. 

Düşərgə "YAŞAT" Fondu və Asan Könüllüləri" təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.  

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynovun qatıldığı mərasimdə şəhid övladlarına dövlətin dəstəyinin qayğı və diqqətinin həmişə yüksək səviyyədə olacağı bildirilib. 

Məlumat verilib ki, bu, şəhid uşaqları üçün 2-ci düşərgədir. Ümumilikdə, 300 şəhid övladları üçün 6 düşərgə təşkil ediləcək.  

Hər düşərgə 5 gün, 6 gecə olacaq. Düşərgə günlərində Vətən Müharibəsi şəhidlərinin əmanəti olan uşaqlar üçün maraqlı, intellektual oyunlar dolu xoş istirahət nəzərdə tutulub.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO