Şagirdlərə “mərsiyə” ifa etdirən müəllimdən növbəti təhlükəli ÇAĞIRIŞ – CƏZALANACAQMI? – FOTOFAKT 

Şagirdlərə “mərsiyə” ifa etdirən müəllimdən növbəti təhlükəli ÇAĞIRIŞ – CƏZALANACAQMI? – FOTOFAKT 

Hazırda oxunan: Şagirdlərə “mərsiyə” ifa etdirən müəllimdən növbəti təhlükəli ÇAĞIRIŞ – CƏZALANACAQMI? – FOTOFAKT 

82219

Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli məktəbin riyaziyyat müəllimi Nailə Babayevanın şagirdlərinə dərs zamanı İmam Zamana həsr olunan “Salam Fərmandeh” (Salam komandir) mahnısını ifa etdirməsi məsələsi yenidən aktuallaşıb.

Qeyd edək ki, bununla bağlı yayılan videogörüntülərdə müəllimin hicablı olması, dini görüşlərini şagirdlər arasında təbliğ etməsi və ən əsası masasında Azərbaycan bayrağının tərsinə qoyularaq islamçılığın qabardılması diqqət çəkib. 

Yayılan görüntülərdən sonra Yevlax Təhsil Şöbəsi müəllimlə söhbət aparıb və qadın pedaqoqun izahatı alınıb. Amma Nailə Babayeva ilə bağlı hər hansı cəza tədbiri görülməyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Hicablı müəllimin “Facebook” hesabında nələr üzə çıxdı? – “İran bizim namus məsələmizdir” - FOTOFAKT


Nailə Babayeva növbəti dəfə “Facebook” hesabında din pərdəsi adı altında dövlətçiliyə xələl gətirən təhlükəli paylaşımı ilə gündəmə gəlib. O, “Azərbaycanda şiə qətliamı gözlənilir” adı altında çağırışlar edərək öz ideologiyasına uyğun kütləni əhatəsinə toplayıb. 

Məsələnin aktuallığını nəzərə alaraq Təhsil Nazirliyi əlaqə yaratdıq. Nazirliyin mətbuat katibi Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında faktın araşdırıldığını və yaxın vaxtda açıqlama verəcəklərini bildirib.

Yevlax şəhər Sahib Əliyev adına 1 saylı tam orta məktəblə də əlaqə saxladıq. Zəngimizə cavab verən xanım müəllimlərdən biri  “bu barədə məlumat verə bilmərik” deyə aqressiv şəkildə danışığı yarımçıq kəsib. Sonrakı zənglərimizə isə cavab verilməyib. 

Xatırladaq ki, hadisə Yexlax şəhər Sahib Əliyev adına 1 saylı məktəbin  riyaziyyat müəllimi Babayeva Nailə Ağaməmməd qızının dərs dediyi  6a sinifində qeydə alınıb.

Nailə Babayeva izahatında bildirib ki, bu addımı dini təbliğ etmək üçün yox, şagirdlərə təhsildən əlavə maraqlı məlumatlar öyrətmək məqsədilə atıb. 
Ümid edirik ki, Daxili İşlər Nazirliyi də məsələni nəzarətə götürəcək. Həmçinin dövlət maraqlarına əks və zərərli çağırışlar edən müəllim barədə ciddi tədbir görüləcək. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO