Bir videoda gözəl kosmosdan 6000 kadr.
Fotoqraf, səyyah Dmitri Pisanko Beynəlxalq Kosmik Stansiyadan (BKS) bütün insanların evi olan Yerin fövqəl dəqiq çəkilmiş (ultra HD) videosunu hazırlayıb.
Moderator.az xəbər verir ki, Yerin təsvir edildiyi dörd dəqiqəlik çarxda tamaşaçı okeanda tufanı, ada və bir sıra gün doğuşunu görür.
“Arxivlərdə bir həftəlik iş. Yüz giqabaytlarla məlumat. Bir aylıq iş. Gözəl kosmosdan 6000 kadr. Bunu hələ heç kim etməmişdi. Mən isə etdim. Baxın və zövq alın! Beynəlxalq Kosmik Stansiyasının göyərtəsindən ən yaxşı video. Bunu etmək ideyası ilə yarım il gəzmişəm. Bir vaxt mən NASA-nın saytında tamamilə təsadüfən BKS şəkillərini maneəsiz əldə etməyin mümkün olduğunu öyrəndim. Nə qədər istəyirsən yüklə! Bunu da etdim, beləliklə, mənim əlimə ümumi həcmi 100 Gb olan 100 min fayl keçdi. Bir neçə gündən sonra isə 40 dəqiqəlik videoçarx əldə etdim. Üç gün üç gecə bu işləri nəzərdən keçirdim, ən yaxşılarını seçdim”x9d- Pisanko bu işlərə verdiyi şərhdə yazıb.
Xatırladaq ki, iyunun 11-də YouTube 8K-video əlavəsini işə salıb, bu isə videoçarxlara yüksək keyfiyyətdə baxmağa imkan verir.































































































