Xəbər verildiyi kimi Nəsimi rayonu ərazisində yerləşən "Bolmart" supermarketində kütləvi zəhərlənmə baş verib. Səməd Vurğun küçəsi, 75 ünvanında yerləşən supermarketin 28 əməkdaşı zəhərlənib.
"Promart" MMC-nin hüquq şöbəsinin rəisi Həbib Rəfiyev Bizim.Media-ya hadisənin təfərrüatlarını açıqlayıb:
MÖVZU İLƏ BAĞLI:
TƏBİB-dən məşhur marketdəki zəhərlənmə barədə AÇIQLAMA - YENİLƏNİB
“Hadisə zamanı 28 nəfərdə ümumi zəhərlənmə qeydə alınıb. 14 nəfərə yerində təcili tibbi yardım göstərilib. Digər 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Zəhərlənməyə səbəb yan ticarət obyektində təmir işlərinin aparılmaısıdır. Təmir işləri zamanı yaranan zəhərli qazlar havalandırma sistemi ilə marketin salonuna daxil olub və zəhərlənmə baş verib.
Zəhərlənənlərin vəziyyətinin normal olduğu və evə buraxıldıqları bildirilir.
Alçina Amilqızı, Bizim.Media