Xudat Avtovağzalında qarpız biznesi - FOTOFAKT

Xudat Avtovağzalında qarpız biznesi - FOTOFAKT

Hazırda oxunan: Xudat Avtovağzalında qarpız biznesi - FOTOFAKT

82191

Son illər müəyyən səbəblər üzündən sərnişindaşımada müəyyən passivlik yaşanır. Amma bəzi diribaş qurum rəhbərləri “fürsəti fötə vermirlər”. Boş dayanmamaq üçün müxtəlif “kreativ” metodlara əl atırlar.

Məsələn, Xudat Avtovağzalının rəhbərliyi kimi. Boş dayanmaları əlavə gəlir mənbələri hesabına doldurmaq istəyən Avtovağzal rəhbərliyi giriş qapısında çadır qurdurub qarpız satdırır. 

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq. Qurumun sözçüsü Pərvanə Əliyeva Bizim.Media-ya bildirdi ki, “məsələdən xəbərsizik. Araşdırıb Sizə əlavə məlumat verəcəyik”.

Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO