Yevlaxda polisə xəsarət yetirən ata və oğul HƏBS EDİLDİ

Yevlaxda polisə xəsarət yetirən ata və oğul HƏBS EDİLDİ

Hazırda oxunan: Yevlaxda polisə xəsarət yetirən ata və oğul HƏBS EDİLDİ

82184

Xəbər verildiyi kimi, Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər.

Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov və atası Müşviq İsmayılov saxlanılarkən R.İsmayılov polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Baş prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında yer alıb. 

Mənbə qeyd edir ki, Röyal İsmayılov hadisə yerindən qaçsa da atası saxlanılıb. Həmin gün ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. 

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Röyal İsmayılov da saxlanılaraq təqsirləndirilən şəxs qismində cəlb edilib və  məhkəmənin qərarı ilə hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.
Onun atası M.İsmayılovla birgə Hacıselli kəndi ərazisində əlavə olaraq kultivasiya yolu ilə yetişdirdikləri 40 ədəd çətənə kolu (ümumilikdə 90 ədəd kol) və 3 kiloqram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.          

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO