Bakıda ər boşanmaq istəməyən arvadını şil-küt etdi - OLAYIN TƏFƏRRÜATI  

Bakıda ər boşanmaq istəməyən arvadını şil-küt etdi - OLAYIN TƏFƏRRÜATI  

Hazırda oxunan: Bakıda ər boşanmaq istəməyən arvadını şil-küt etdi - OLAYIN TƏFƏRRÜATI  

82175

Bakının Xəzər rayonunda sabiq polis əməkdaşı, 1978-ci il təvəllüdlü Valid Babayev şəxsi münasibətlər zəminində arvadı Xumara (adlar şərtidir – red.) xəsarətlər yetirib.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 8-də baş verib.  

Valid həmin gün saat 17 radələrində yaşadığı Binə qəsəbəsindəki evində arvadı Xumardan şəxsiyyət vəsiqəsini istəyib.  

Lakin Xumar şəxsiyyət vəsiqəsini verməkdən imtina edb. Xumarın hərəkətinə qəzəblənən Valid onu döyüb, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.  

İstintaq orqanı tərəfindən V.Babayevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan  edilib.  
Cinayət işi Xəzər rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə araşdırılıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Valid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.  

O bildirib ki, təxminən 2006-cı ildən Xumarla rəsmi nikahla ailə həyatı qurub və bu evlilikdən iki az yaşlı övladı var:  

“Təxminən 1 ildir ki, təqaüdə çıxmışam. 2000-ci ildən 2021-ci ilədək Daxili İşlər Orqanında xidmət etmişəm. Maddi vəziyyətim pis olduğu üçün bankdan kredit götürmək məqsədi ilə hadisə baş verən günü arvadımdan şəxsiyyət vəsiqəsini istədim. Lakin Xumar vəsiqəsini vermədi. Bundan əsəbiləşdim. Onun qol nahiyəsinə və baş nahiyəsinə yumruqla bir neçə dəfə vurdum”.  

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra Xumar Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə ərizə ilə müraciət edib, barəmdə şikayət ərizəsi yazıb. 

Zərərçəkmiş Xumarın sözlərinə görə, əri bir neçə il polis işləyib:  

“Təqsirləndirilən şəxs təqaüdə çıxdıqdan sonra mənə və az yaşlı övladlarına qarşı pis rəftar etməyə başladı. Evdə olan əşyaları satdı, pulunu bilmədiyim yerlərə xərclədi. Buna etirazımı bildirəndə isə təqsirləndirilən şəxs məni döyüb. Lakin bu barədə heç vaxt polisə müraciət etməmişəm”.  
Xumar qeyd edib ki, hadisə günü əri evə gəlib və onunla mübahisə etməyə başlayıb:

“Şəxsiyyət vəsiqəmi istədi. Bildirdi ki, mənimlə boşanmaq istəyir. Lakin vəsiqəmi vermədim. Buna görə də məni döydü, xəsarətlər yetirdi. Bu səbəbdən şikayətçi oldum”. 

Məhkəmənin hökmü ilə Valid qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO