Bu gün səhər saatlarında Sumqayıt-Pirşağı-Bakı sürət qatarında texniki nasazlıq baş verib.
Nasazlıq səbəbindən qatarlar qrafik üzrə 15-20 dəqiqə gecikib. Gecikmə səbəbindən sürət qatarında sıxlıq yaranıb. Bu da sərnişinlərin haqlı narazılığına səbəb olub.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq.
MÖVZU İLƏ BAĞLI:
Bakı-Sumqayıt sürət qatarında texniki nasazlıq yarandı
Qurumun sözçüsü Natəvan Bayramova Bizim.Media-ya bildirib ki, texniki nasazlıq artıq aradan qaldırılıb:
“Nasazlığın səbəbləri hazırda “Azərbaycan Dəmir Yolları” və digər qurumlar tərəfindən araşdırılır. Bu barədə ətraflı məlumat veriləcək”.
Surxay Atakişiyev, Bizim.Media