Azərbaycan Qızıl Aypara Cəmiyyəti Goranboy-Naftalan şəhər bölməsinin sədri, 1975-ci il təvəllüdlü Sənan Sadıqovun cinayət işinə baxılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Sənan Sadıqov karantin rejimi qaydalarını pozmaqda təqsirli bilinib.
S.Sadqıov 4 noyabr 2021-ci ildə “Covid-19 PCR” virusuna yoluxması ilə bağlı analiz cavabının pozitiv çıxmasından sonra 14 gün ev şəraitində izolyasiya olunaraq müalicəsini davam etdirməli olduğu halda buna əməl etməyib.
O, karantin rejimini pozaraq noyabrın 5-də saat 12.14-də Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev 31, mənzil 39-da yerləşən evini tərk edib və yaşadığı binanın qarşısında anasının yas mərasimində iştirak edib.
Bununla da virusun yayılması üçün real təhlükə yaradıb.
İstintaq orqanı tərəfindən S.Sadıqovun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham elan edilib.
Naftalan şəhər Məhkəməsinin qərarı ilə S.Sadıqov 2500 manat cərimə olunub.
Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror S.Sadıqovun barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib.
Prokurorun protestinə Gəncə Apellyasiya Məhkəməsində baxılıb.
Hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. Qərara görə, prokurorun protesti təmin edilməyib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:16 / 04.07.2022
Qızıl Aypara Cəmiyyətinin rəsmisi böyük məbləğdə CƏRİMƏ OLUNDU
Hazırda oxunan: Qızıl Aypara Cəmiyyətinin rəsmisi böyük məbləğdə CƏRİMƏ OLUNDU
Hazırda oxunan: Qızıl Aypara Cəmiyyətinin rəsmisi böyük məbləğdə CƏRİMƏ OLUNDU
82153
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.