“Türk dövlətləri bir yerdə daha güclüdür” - TDT Baş katibinin müavini

“Türk dövlətləri bir yerdə daha güclüdür” - TDT Baş katibinin müavini

Hazırda oxunan: “Türk dövlətləri bir yerdə daha güclüdür” - TDT Baş katibinin müavini

82080

“Şuşa şəhəri 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Bununla bağlı tədbirlər planı hazırlanır. Biz gələcəyə daha ümidlə baxırıq”.

Bizim.Media xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Qismət Gözəlov iyulun 3-də Şuşada keçirilən TDT-yə üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransında söyləyib.

MÖVZU İLƏ BAĞLI:

Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir - FOTO


Q.Gözəlov TDT-nin 44 günlük Vətən müharibəsində Azərbaycana dəstək verdiyini, Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılmasında səy göstərdiyini qeyd edib.

“Qlobal problemlər fonunda müəyyən çağırışlar meydana çıxır. Regionumuz həssas olduğu üçün birliyimizin, əməkdaşlığımızın möhkəmləndirilməsi diqqət çəkir. Dünyada çoxqütblülük problemi mövcuddur. Su qıtlığı, ərzaq çatışmazlığı və digər problemlər bizi çox narahat edir və bu problemləri həll etmək üçün həmrəy olmalıyıq. Türk dövlətləri bir yerdə daha güclüdür", - deyə Q.Gözəlov vurğulayıb.

Şuşa Bəyannaməsinin əhəmiyyətini qeyd edən TDT Baş katibinin müavini məsələlərə ortaq mövqedən baxmağın daha həmrəy və güclü olmamıza imkan verdiyini diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO