Amerika Erməni Milli Komitəsinin (ANCA) nümayəndə heyəti dünən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə səfər ediblər və özünü “Dağlıq Qarabağın xarici işlər naziri” adlandıran David Babayanla görüşüblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan KİV-i yayıb.
Həmçinin, erməni diasporunun üzvləri minalardan təmizləmə təşkilatı “The HALO Trust”ın nümayəndələri ilə söhbət ediblər.
Qeyd edək ki, sülhün qorunması və möhkəmləndirilməsi üçün Azərbaycan torpaqlarında olan Rusiya sülhməramlılarının xarici dövlətin vətəndaşlarının Azərbaycanın suveren ərazisinə sərbəst buraxılması ilk dəfə deyil.
Xatırladaq ki, ötən il dekabrın sonunda Rusiya sülhməramlıları Respublikaçılar Partiyasından Fransa prezidentliyinə keçmiş namizəd Valeri Pekresin Azərbaycan ərazilərinə necə qanunsuz səfər etdiyini və bununla da Azərbaycanın suverenliyini necə pozduğunu “görməmişdilər”.
Və yenə də sual yaranır: erməni diasporunun nümayəndələri Laçın dəhlizindən necə keçiblər və Rusiya sülhməramlıları ümumiyyətlə hara baxırlar?
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:50 / 03.07.2022
Amerika erməniləri Qarabağa gəldi - Sülhməramlılar hara baxırlar?
Hazırda oxunan: Amerika erməniləri Qarabağa gəldi - Sülhməramlılar hara baxırlar?
Hazırda oxunan: Amerika erməniləri Qarabağa gəldi - Sülhməramlılar hara baxırlar?
82043
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.