Memarlıq abidəsi üzərində tikilən üçüncü mərtəbə sökülür - FOTO 

Memarlıq abidəsi üzərində tikilən üçüncü mərtəbə sökülür - FOTO 

Hazırda oxunan: Memarlıq abidəsi üzərində tikilən üçüncü mərtəbə sökülür - FOTO 

81952

Bakıda tarixi memarlıq abidəsinin üzrəində inşa edilən mansart sökülür. 

Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumatda bildirilib. 

"Müəyyən olunub ki, Bakının Yasamal rayonu, İslam Səfərli küçəsi 12 ünvanında 1880-ci ildə inşa edilən tarixi binanın üzərində sahibkar tərəfindən mansart tikilir. Bakı şəhər İcra Hakimiyyəti məlumat daxil olan kimi dərhal məsələyə müdaxilə edilib və tikinti işləri dayandırılıb.  
Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları dərhal sahibkara xəbərdarlıq edib və hazırda sahibkarın özü tərəfindən həmin əlavə tikili sökülür.

Sahibkara məlumat verilib ki, həmin bina tarixi memarlıq binasıdır və onun üzərində əlavə tikinti aparılması yolverilməzdir",- deyə məlumatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO