Bank hesablarından oğurluq edən dəstə üzvləri yaxalandı

Bank hesablarından oğurluq edən dəstə üzvləri yaxalandı

Hazırda oxunan: Bank hesablarından oğurluq edən dəstə üzvləri yaxalandı

81831

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. 

Bizim.Media DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə iyunun 30-da Bakı şəhər sakini G.Nəbiyevanın bank hesabından 1030 manatının çıxarılaraq oğurlanması barədə müraciət daxil olub.  

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini V.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıb.  

Həmçinin S.Bayramlının bank hesabından 1098 manatının oğurlanmasında şübhəli bilinən Bakı şəhər sakini A.Əskərova da Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Bununla yanaşı Gəncə ŞBPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Ə.Rəcəbovun bank hesabından 369 manatının oğurlanmasında şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əsgərov müəyyən edilərək saxlanılıb.  
Hər üç faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO