Üzərində ''Kalaşnikov'' gəzdirən keçmiş məhkum saxlanıldı - FOTO

Üzərində ''Kalaşnikov'' gəzdirən keçmiş məhkum saxlanıldı - FOTO

Hazırda oxunan: Üzərində ''Kalaşnikov'' gəzdirən keçmiş məhkum saxlanıldı - FOTO

8178

Nəsimi rayonunda üzərində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş vətəndaş Raqil Bayramov saxlanılıb.

Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Polis Şöbəsində onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat silah, 19 ədəd patron və daraq aşkar edilərək götürülüb. 

Raqil Bayramov barəsində 19-cu Polis Şöbəsində toplanan materiallar cinayət işinin başlanılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO