Tanınmış vəkil MƏHKƏMƏ QARŞISINDA - 17 nəfəri dolandırıb 

Tanınmış vəkil MƏHKƏMƏ QARŞISINDA - 17 nəfəri dolandırıb 

Hazırda oxunan: Tanınmış vəkil MƏHKƏMƏ QARŞISINDA - 17 nəfəri dolandırıb 

81779

Azərbaycanda dələduzluqda təqsirləndirli bilinib həbs edilən tanınmış vəkil Vüqar Səfərlinin barəsindəki istintaq başa çatıb. 

Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib. İş üzrə 17 nəfər zərərçəkən şəxs qismində tanınıb. 

Apa.az-ın məlumatına görə, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzluqda ittiham olunur. 

O, bir neçə vətəndaşın etimadından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır. Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloqer Sabina Katanovadır. Ona 130 min manatdan çox zərər vurulduğu bildirilir. 
Vüqar Səfərli bu əməlləri ilə bağlı Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO