Moderator.az-ın verdiyi xəbərə görə, Qarabağ Azadlıq Təşkilatı erməni idmançılarının Birinci Avropa Oyunlarını tərk edərək rədd olub getmələri tələbində israrlıdır. QAT üzvləri iyunun 10-dan aksiyalara başlayıb, bir neçə dəfə erməni bayrağı yandırılıb, iyunun 13-də erməni güləşçilərinin çıxış etdikləri idman arenasının qarşısında sərt etiraz aksiyası keçiriblər, erməni bayrağını yandırmağa cəhd göstəriblər. Polis aksiyanın qarşısını xüsusi qəddarlıqla alıb, aksiya iştirakçıları döyülüb, erməni bayrağının yandırılmasına imkan verilməyib, aksiya iştirakçılarından 6 nəfər- Akif Nağı, Nəsib Cəfərov, Sevinc Axundova, Tahir Bayramov, Cəfər Həşimov, Hüseyn Hüseynov polis bölməsinə, sonra isə polis idarəsinə aparılıb, onlar təzyiq və təhqirlərə məruz qalıblar. QAT mətbuat xidmətinin əməkdaşı Sevinc Axundovanın əlindən fotoaparat alınıb, bütün şəkillər silinib.
Qarabağ Azadlıq Təşkilatı bütün təzyiqlərə baxmayaraq etirazlarını davam etdirir. QAT-ın “Hərəyə bir erməni bayrağı yandıraq!”x9d çağırışına cavab olaraq növbəti aksiya Müşfiqabad qəsəbəsində keçirilib, QAT-çıların iştirakı ilə erməni bayrağı yandırılıb. Laçınlıların məskunlaşdığı Ağcabədinin Taxta Körpü deyilən ərazisində müəllim Zaur Mirzəyev təkbaşına erməni bayrağını yandırıb və QAT-a üzv olmaq üçün ərizəsini göndərib. Bu aksiyalar davam etdiriləcək. Biz erməni bayrağını yandırmaqla düşmənə, işğalçıya nifrətimizi bildiririk. Bu nifrət heç vaxt zəifləməyəcək, hətta torpaqlarımızı azad etdikdən sonra da sönməyəcəkdir. Bu nifrəti ermənilər öz əməlləri ilə qazanıblar. Ermənistan işağalçıdır, işğalçı ölkənin nümayəndəsinə, o cümlədən idmançısına Azərbaycanda yer yoxdur, rədd olub getsinlər.





























































































