Bu məhsullar ƏDV-dən azad olundu - SİYAHI

Bu məhsullar ƏDV-dən azad olundu - SİYAHI

Hazırda oxunan: Bu məhsullar ƏDV-dən azad olundu - SİYAHI

81729

Nazirlər Kabineti “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nı təsdiq edib. 

Qərar 2022-ci il 1 yanvar tarixindən tətbiq edilir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir. 

Nazirlər Kabinetindən Bizim.Media-ya verilən məlumata görə, bu qərarın qəbul edilməsi hesabına yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılmış oldu.

Bu hüquqi bazanın yaranması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Belə ki, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırılmış oldu. Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş olur. 

Xatırladaq ki, həmçinin 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə də rüsum tətbiq edilmir. Bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir.
Yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70%-ə yaxın, mal əti və süd istehsalı üzrə isə 70%-dən çox təşkil edir. 

Beləliklə: 

• Yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılır; 

• Bu sahədə vergi inzibatçılığı asanlaşdırılır; 

• Siyahıya daxil edilmiş yem və yem əlavələrinin satışı ƏDV-dən azad olunur; 

• 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə rüsum tətbiq edilmir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO