Bakı Apellyasiya Məhkəməsində “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilən şikayətə baxılıb.
Bizim.Media xəbər verir ki, məhkəmənin qərarı ilə şikayət təmin edilməyib.
MÖVZU İLƏ BAĞLI:
DTX-nin saxladığı gömrük generalının BİZNES ŞƏBƏKƏSİ – ARAŞDIRMA
Xatırladaq ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.
O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.
Səbail Rayon Məhkəməsinin qərarı ilə Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Eldar Məmmədli, Bizim.Media