Sevgilisinin azyaşlı övladlarını döyən şəxs barəsində cinayət işi AÇILDI 

Sevgilisinin azyaşlı övladlarını döyən şəxs barəsində cinayət işi AÇILDI 

Hazırda oxunan: Sevgilisinin azyaşlı övladlarını döyən şəxs barəsində cinayət işi AÇILDI 

81717

Sumqayıt şəhərində üç azyaşlı fiziki zorakılığa məruz qalıb. 

Məsələ ilə bağlı DİN-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, artıq faktla bağlı cinayət işi açılıb:

“Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb. Uşaqlara xəsarət yetirməkdə şübhəli bilinən T.Mehdiyevin saxlanılması istiqamətində tədbirlər aparılır. İstintaq çərçivəsində təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri təmin olunacaqdır”.

Qeyd edək ki, iyunun 30-da sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan 3 uşağın analarının narkotik maddə istifadə etməsi ehtimal olunan qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalması barədə məlumat yayılıb.

Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyatı qurumlar tərəfindən hadisə ilə bağlı müvafiq tədbirlər görülür.

Səkinə Yusibli, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO