Kirayə mənzil sektorundakı qara bazar “ağardılacaq”

Kirayə mənzil sektorundakı qara bazar “ağardılacaq”

Hazırda oxunan: Kirayə mənzil sektorundakı qara bazar “ağardılacaq”

81715

"İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kirayə mənzillərlə bağlı yeniliklər edəcək. Yaxın gələcəkdə kirayə mənzil bazarında vergi nəzarətinin qurulması və vergi təşviqinin formalaşması məsələləri müzakirə olunacaq".  

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Rəşad Qarayev deyib.  

O bildirib ki, hazırda ölkədə kirayə mənzil bazarının inkişafı və vergi nəzarətinin qurulması ilə bağlı problemlər var:  

"İki şəxs öz aralarında razılaşır və notarial qaydada müqavilə bağlamırlar. Bütün bunları nəzərə alaraq kirayə mənzil bazarı iştirakçılarını növbəti illərdə vergi ödəməyə təşviq etmək üçün müzakirələr aparacağıq. Həmçinin, sahibkarın sosial sığorta yükünün onların dövriyyəsinə bağlanmasının uyğunlaşdırılması ilə bağlı təkliflər daxil olur. Həmin təkliflərə baxılır. Yəqin ki, növbəti illərdə bu məsələyə baxılacaq".  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO