Qubada şəhidlərin 31-ci xatirə kompleksi açıldı - FOTO

Qubada şəhidlərin 31-ci xatirə kompleksi açıldı - FOTO

Hazırda oxunan: Qubada şəhidlərin 31-ci xatirə kompleksi açıldı - FOTO

81708

Qubanın dağlıq Səbətlər kəndində Qarabağ şəhidlərinin şərəfinə xatirə kompleksinin açılışı olub.  

Bizim.Media xəbər verir ki, kompleksdə Çiçi İnzibati Ərazi Dairəsinə daxil edilən Səbətlər və Çiçi kəndlərindən olan Birinci Qarabağ şəhidləri Müşfiq Əlyarov, Elman Məmmədov, Vətən Müharibəsi şəhidləri Tahir Talıbov və Tamerlan Cəfərovun və ümumilikdə Quba şəhidlərinin xatirəsi əbədiləşdirilib.  

Səbətlər Xatirə Kompleksində Böyük Vətən Müharibəsində bu dairədən olan həmyerlilərinin adlı siyahısı da mərmər lövhə üzərinə yerləşdirilib.

Açılış mərasimində rayon İH, DTX-nin rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin nümayəndələri, qazilər, kənd sakinləri iştirak edib.  
Quba İH başçısı Ziyəddin Əliyev çıxışında rayonun Vətən Müharibəsində ümumilikdə 50-dən artıq şəhid verdiyini xatırladaraq Qarabağı almış bütün gənc oğulların xatirəsini hörmətlə anıb. Qeyd edib ki, Qubadan olan oğulların döyüş şücaəti və qələbə əzmi hər birimizə yaxşı məlumdur.

O xatirə kompleksində Böyük Vətən Müharibəsində həlak olmuş Çiçi və Səbətlər kəndindən olan şəxslərin də adlarının həkk olunmasını təqdirəlayiq hal hesab edib.  

Rayon rəhbəri Qubada şəhidlərin adının əbədiləşdirilməsi ilə bağlı daimi olaraq iş aparıldığını, ötən gün İkinci Nügədi kəndində şəhidlərin adını daşıyan küçələrin asfaltlaşdırılması işlərinə başlanıldığını deyib. Qeyd edib ki, bu istiqamətdə işlər davam etdiriləcək. Çıxış edən şəhid anaları göstərilən diqqətə görə razılıq ediblər.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO