Bakıda oteldə qadını videoya çəkdi, şantaj etdi – BƏRAƏT aldı 

Bakıda oteldə qadını videoya çəkdi, şantaj etdi BƏRAƏT aldı 

Hazırda oxunan: Bakıda oteldə qadını videoya çəkdi, şantaj etdi BƏRAƏT aldı 

81690

Paytaxtın Xətai rayonunda 1983-cü il təvəllüdlü Sabir Məmmədov oteldə cinsi əlaqədə olduğu qadını intim görüntüləri ilə şantaj edib.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Sabir tanışı Leyla (adlar şərti verilib – red.) ilə “Gallery Lux” otelində cinsi əlaqədə olub.  

O, həmin vaxt mobil telefon vasitəsi ilə bu hərəkətlərini videoya çəkib.  

Sonra o, videogörüntüləri sosial şəbəkələr vasitəsi ilə Leylanın ailə üzvlərinə və yaxınlarına göndərib, yayacağıyla hədələyib. Bu hərəkəti ilə o, 600 manat ələ keçirib. 

İstintaq orqanı tərəfindən Sabirin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib. 

“Dələduzluq ittihamı ilə həbs edildim” 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sabir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Leyla ilə 2006-cı ilin yay aylarında təsadüfən tanış olub, sonradan onunla münasibətləri yaranıb:  

“Leyla ilə şəhərdə tanımadığım oteldə görüşdük, cinsi əlaqədə olduq. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə təqsirli bilindim, yeddi il azadlıqdan məhrumetmə cəzasına məhkum olundum. Cəzamı 9 saylı Cəzaçəkmə Müəssisəsində çəkdim”.  

“Tez-tez görüşdük” 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2018-ci ilin yay ayında azadlığa çıxandan sonra Leyla ona sosial şəbəkələr vasitəsi ilə yazaraq görüşmək istədiyini bildirib:  

“Leylanın evli olduğunu bildim. Buna görə onunla yaxınlıq etmək istəmədim. Təxminən 3-4 ay telefonla danışdıq. Müxtəlif yerlərdə görüşdük. Bir qədər vaxt keçdikdən sonra Leyla ilə yenidən cinsi əlaqədə olmağa başladıq. Münasibətlərimiz həmişə normal oldu, tez-tez onunla görüşdük, müxtəlif kafe və restoranlara getdik”. 

“Başqa oğlanlarla gəzməsini eşitmişdim” 

Sabir deyib ki, 2020-ci ilin yanvarın 15-də günorta vaxtı Leyla ilə Xətai rayonu Ağ Şəhərdə görüşüb və ona məxsus avtomobildə cinsi əlaqədə olub:  

“Sonra Leylanı yaşadığı evə düşürdüm. Həmin günü Leyla ilə heç bir dava-dalaşımız olmadı. Bundan bir müddət sonra Leylanın əri Vəli mənə zəng etdi. O, Leylanı narahat etməməyimi deyərək, mənimlə görüşmək istədiyini söylədi.  

Vəli ilə görüşə Leyla da gəlmişdi. Vəli Leyla ilə görüşməməyimi tələb etdi.  

Mən sonra Leyladan Vəli ilə boşanıb-boşanmayacağını soruşdum. Leyla boşanmayacağını dedi. Mən də Leyladan ayrılmaq istədim. Leylanın başqa oğlanlarla gəzməsini eşitmişdim”.  

Sabirin bildirdiyinə görə, Leylanın ondan Xətai rayon Polis İdarəsinə şikayət ərizəsi yazmasını eşidib. O, qeyd edib ki, Leyladan hədə-qorxu yolu ilə pul tələb etməyib, 600 manatı Leyla özü ona verib. 

”Video göstərdi, pul istədi” 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Leyla təqsirləndirilən şəxslə oteldə cinsi əlaqədə olduğunu etiraf edib.  

O bildirib ki, Sabir sonradan ona videogörüntü göstərərək şantaj edib:  

“Otelə getdik, cinsi əlaqədə olduq. Kinoya baxdıqdan sonra oranı tərk etdik. Sonra isə mütəmadi olaraq Sabirlə həmin oteldə görüşüb, cinsi əlaqədə olduq. Sonuncu dəfə Sabir mənimlə oteldə cinsi əlaqədə olduğumuz videonu göstərdi, ona pul verməyimi istədi. Əks halda, videonu internetə qoyacağını, ərimə göstərib, məni biabır edəcəyini, həmçinin ərimi iş yerində biabır edəcəyini dedi. Mən də ona 600 manat verdim”.  

Zərərçəkmiş qeyd edib ki, daha sonra Sabir ondan hissə-hissə 2400 manat alıb. O bildirib ki, ümumilikdə 3000 manat alıb:  

“Həmin pulları Sabir  mənimlə aramızda olan cinsi əlaqədə olduğumuz videonu internetdə yayacağı adı ilə hədə-qorxu gələrək alıb”.  

Məhkəmə bəraət verdi, prokuror şikayət etdi 

Bu cinayət işinə Xətai rayon Məhkəməsində baxılıb. Məhkəmə Sabirin Leylaya hədə-qorxu gəlməsi barədə itithamı sübuta yetirə bilməyib. Onun barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror Sabirin günahkar olduğunu iddia edib. Onun barəsində olan bəraət hökmünün ləğv edilməsini, ittihamedici hökm çıxarılmasını istəyib.  

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmin edilməyib.  
Bundan sonra prokurorm eyni tələblə Ali Məhkəməyə şikayət etsə də, onun şikayəti təmin olunmayıb.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO