“Bəzi şirkətlər sosial reklam adı ilə müğənnilərə sponsorluq edirlər” - Ekspertdən QALMAQALLI AÇIQLAMA

“Bəzi şirkətlər sosial reklam adı ilə müğənnilərə sponsorluq edirlər” - Ekspertdən QALMAQALLI AÇIQLAMA

Hazırda oxunan: “Bəzi şirkətlər sosial reklam adı ilə müğənnilərə sponsorluq edirlər” - Ekspertdən QALMAQALLI AÇIQLAMA

81681

Həyatımızın müəyyən bir hissəsini istər-istəməz reklamların yaratdığı assosasiya üzərində qururuq. Daha çox reklam edilənlərlə əhatə olunmaq istəyirik. Bir sözlə reklam bizim baxışlarımızı və istəklərimizi formalaşdıran bir platformadır. Çox təəssüf ki, hazırkı reklam bazarında hər şey var, bircə sosial reklamdan başqa.

Axı, ölkəmiz dünyanın ən az meşə örtüyünə və təbii su ehtiyatına malik ölkələrdən biridir.

Bəs, elə isə niyə təbiətin qorunması və suya qənaətlə bağlı videoroliklərə və açıq hava reklamlarına rast gəlinmir. Və yaxud siqaretin ziyanı, SPİD-in dəhşətləri, spirtli içkinin törədə biləcəyi faciələr barədə reklamları niyə görmürük.

Axı, “Reklam haqqında” qanuna görə reklamverici şirkətlər reklama ayrırdıqları ümumi vəsaitin 5% - ini sosial reklamlara yönəltməlidir. Amma reallıqda biz bunu görmürük. Ölkə üzrə reklam bazarında hər il 100 milyondan artıq vəsait fırlanır. Bunun da 5% -i ən azı 5-6 milyon manat edir. Bəs, bu 5-6 milyon niyə sosial həyatımızda görünmür?

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən reklam üzrə ekspert Cahid Həsənov bildirdi ki, “sosial reklam bazarının bərbad gündə olmamasının bir neçə səbəbi var. 

Birincisi, reklamverici şirkətlərdə bu sahə ilə məşğul olanlar peşəkarlar deyil, şirkət rəhbərlərinin ən yaxınlarıdır.

İkincisi, sosial reklam anlayışınını düzgün qavranılmamasıdır. Reklamverici şirkətlər zənn edir ki, hansısa konsertə sponsorluq etmək sosial reklamdır.

Üçüncüsü, sosial reklama nəzarət edəcək qurumun olmamasıdır”.  

Cahid Həsənov təəssüflə bildirdi ki, “bu gün efirləri zəpt edən müğənnilərə sponsorluq edən bir çox brend şirkətlər var. Bu şirkətlər sosial reklam adı ilə müğənnilərin konsertlərinə on minlərlər vəsait xərcləyirlər. Heç kimə sirr deyil ki, xüsusilə qadın müğənnilər “həci”lərin pulları hesabına meydan sulayırlar. Sonda isə müğənnilərə xərclənən pullar sosial reklam xərcinə otuzdurulur. Bu isə mövcud qanunlarımıza ziddir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO