Ginekoloqun faciəli ölümünə şahidlik edən uşaqları KİMƏ VERİLƏCƏK? – “Atam bais oldu...” 

Ginekoloqun faciəli ölümünə şahidlik edən uşaqları KİMƏ VERİLƏCƏK? – “Atam bais oldu...” 

Hazırda oxunan: Ginekoloqun faciəli ölümünə şahidlik edən uşaqları KİMƏ VERİLƏCƏK? – “Atam bais oldu...” 

81671

Tanınmış ginekoloq Xalidə Kəngərlinin ölümündən 3 gün keçir. İctimaiyyətdə qadının əzablı və dəhşətli ölümünün müzakirəsi bitmək bilmir. Xüsusilə ananın azyaşlı övladlarının  gözü qarşısında faciəli ölümü, bu azmış kimi ataları ilə birgə cəsədə şahid olmaları təsəvvür edilməyəcək qədər ağır mənzərədir desək yanılmarıq.

Hadisənin dözülməzliyindən ciddi travma almış azyaşlıların sonrakı aqibəti ilə bağlı məsələ aktuallaşıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda məşhur həkim özünü 11-ci mərtəbədən atdı - FOTO


Bizim.Media-ya danışan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, hadisə baş verən kimi olay yerinə dərhal aidiyyəti icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları yaxınlaşmalı idi:

“Komissiyanın tərkibindəki psixoloq o uşaqların durumunu qiymətləndirməli, dərhal o ərazidən uzaqlaşdırmalı idi. Uşaqlar üçün bir qədər sakit mühit yaradılmalı idi. Uşaq şahidlik də edəcək, istintaqa da gedəcək. Travmalar üt-üsə o qədər yığılacaq ki, hətta atanın bu işlərdə günahı olmamış olsa belə, o uşaqların psixologiyasında “atam bais oldu” deyə bir fikir formalaşacaq. İstintaqın işinə müdaxlə etmək kimi bir fikrim yoxdur. Amma mənə göstərin ki, bu illər ərzində anaları qətl edilmiş, gözlərinin qarşısında intihar və ya fiziki zorakılıq görmüş, ümumiyyətlə valideynlərinin faciəli ölmünü eşidən uşaqlarla hansı qurum işləyib? Heç kim işləməyib. Həmişə deyirik ki, zorakılıq qurbanı olmaq təkcə şillə, təpik, təcavüz görmək deyil. Psixoloji zorakılığın  və travmanın özü çox dəhşətli bir haldır”.   

Kəmalə ağazadənin fikrincə, araşdırma və istintaq prosesi bitənə qədər o uşaqların kimdə qalması rəsmi qaydada müəyyən olunmalıdır
 

MÖVZU İLƏ BAĞLI:

Tanınmış ginekoloqun ölüm səbəbi MƏLUM OLDU – Hadisə şahidi DANIŞIR - ÖZƏL


“Bilirəm ki, indi o uşaqlar yasın içindədir. Onlarla heç kim iş aparmır. Halbuki onlar mütəxəssislərə cəlb olunmalıdır. Bəlkə o uşaqların daxilində post travmatik sindromdan sonra ciddi bir fəsad yaranıb? İmmunitetləri aşağı düşüb? Bunları kim nəzərə alacaq? Ailə bunu edəcəkmi?

Ailə hazırda yasını, ehsanını necə verməyi, istintaqın düzgün aparılıb-aparılmaması marağındadır. Uşaq maraqlı deyil. Biz niyə gecikməliyik? Bu məsələnin köklü şəkildə mexanizmi formalaşmalıdır. Gözləyə-gözləyə aqressiv, sındırılmış , iradəsiz , çox zəif duruma düşən və ya cinayət törədə biləcək nəsil yetişdiririk”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO