80 milyon mənimsəmədə ittiham olunan generalın həbs müddəti uzadıldı

80 milyon mənimsəmədə ittiham olunan generalın həbs müddəti uzadıldı

Hazırda oxunan: 80 milyon mənimsəmədə ittiham olunan generalın həbs müddəti uzadıldı

81670

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun cinayət işi üzrə ibtidai istintaq davam edir.

Bizim.Media xəbər verir ki, istintaq orqanı tərəfindən Nizami Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verilib.

Bakı Hərbi Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilib. Qərara əsasən, Nizami Məmmədovun həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, general-mayor Nizami Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. APA.az-ın məlumatına görə, Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO