Hicablı müəllimin “Facebook” hesabında nələr üzə çıxdı? – “İran bizim namus məsələmizdir” - FOTOFAKT

Hicablı müəllimin “Facebook” hesabında nələr üzə çıxdı? – “İran bizim namus məsələmizdir” - FOTOFAKT

Hazırda oxunan: Hicablı müəllimin “Facebook” hesabında nələr üzə çıxdı? – “İran bizim namus məsələmizdir” - FOTOFAKT

81666

Yevlax şəhər 1 nömrəli məktəbin riyaziyyat müəlliminin şagirdlərinə İran liderinə həsr olunmuş dini mahnı oxutdurması haqqında məlumatı oxucuların diqqətinə çatdırmışıq. Yayılan görüntülərdən sonra təhsil idarəsi tərəfindən məsələ araşdırılıb. Nəticədə sözügedən müəlliməyə tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 

Lakin Bizim.Media-nın araşdırması zaman müəyyən olunub ki, töhmət almış müəllim verilmiş cəzadan nəticə çıxarmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hicablı müəllimin şagirdlərə “mərsiyə” tədris etməsi Təhsil Nazirliyində araşdırılır - ŞOK VİDEO 


Müəllimənin sosial şəbəkə hesabı üzə çıxıb və məlum olub ki, “Naile Babayeva” adlı bu profildə o, İranın ali dini lideri Ayatolla Əli Xameneinin və digər fars liderlərinin fotolarını paylaşaraq öz zehniyyətinə, ideologiyasına uyğun insanları başına toplayıb. Onun paylaşımlarındakı “Nailə müəllimə” deyə xitabla başlayan şərhlərə nəzər salsanız, buna əminliklə şahid ola bilərsiniz. 

O, səhifəsi üzərindən tərəfdaşlarına verdiyi açıqlamada məktəbdə keçirilən iclasda böyük konflikt yaşadığını və iclası yarımçıq tərk etdiyini dilə gətirib: 

“Ərizəmlə işdən çıxırdım. Həm də ərizəmi yazanda dedim ki, sionistlərə düşmən münasibəti bəslədiyim üçün onlardan qorxuram, məni şərə böhtana salarlar ona görə ərizəmi yazıram. Sonra axşam zəng etdilər ki, yox ərizə yazası olmadın, töhmətlə kifayətlənirik, işdə qalırsan. Səhər getdim işə müəllimlər hərəsi bir tərəfdən narazılıq bildirməyə başladı, hansı ki məni əvvəldən müdafiə etmişdilər. Biri heç dəxli olmadan deyir ki, dini niyə İranla əlaqələndirirsiz, İran bizim düşmənimizdi. Mən də dedim sənin düşmənin ola bilər, amma mənim yox.
Dedim ki, onda sən də sionistsən, İsrailin adamısan. Belə böyük skandal yaşandı iclası yarımçıq tərk elədim”. 

Müəllimə digər paylaşımında isə qəti olaraq bildirir ki, “Kimin üçün namus vacibdirsə, onlar üçün İran da vacib olmalıdır”.

Bu fikir də sosial şəbəkələrdə böyük qəzəblə qarşılanıb.

Məsələnin ciddi xarakter aldığı üçün Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Onlar Bizim.Media-ya sözügedən məsələni araşdırdıqlarını və nəticə barədə açıqlama verəcəklərini bildirdilər.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO