Bu gün Xızı rayonunda məktəblilərin ölkə üzrə ilk olan Yay festivalı keçirilib.
Bizim.Media xəbər verir ki, Təhsil və Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı və Xızı rayon icra hakimiyyətinin dəstəyilə reallaşan tədbirdə Abşeron, Xızı rayonlarından və Sumqayıtdan 600-ə yaxın məktəbli iştirak edir.
Festival həmin şəhər və rayonlarda məktəblilər üçün təşkil edilən Yay məktəbinin yekununa həsr edilib.
Festivalda məktəblilərin əl işləri və digər sənət nümunələrinin sərgisi nümayiş olunub. Xızı İH-nin, Sumqayıt -Abşeron regional təhsil idarəsinin və Sumqayıt regional mədəniyyət idarəsinin rəsmiləri, təhsil müəssisələrinin rəhbərləri, regionun mədəniyyət və incəsənət nümayəndələri və Milli Məclisin üzvü Müşfiq Məmmədli sərgiyə baxış keçiriblər.
Yay məktəbində məktəblilərin hazırladığı əl işləri, xüsusən Qarabağa, Şuşaya, Milli Qəhrəmanlarımıza həsr olunan nümunələr maraqla qarşılanıb. Yay məktəbinin iştirakçılarını Xızıda maraqlı istirahət gözləyir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu