Yevlaxda narkotacir polisə xəsarət yetirdi

Yevlaxda narkotacir polisə xəsarət yetirdi

Hazırda oxunan: Yevlaxda narkotacir polisə xəsarət yetirdi

81620

Polis narkotik əkəni saxlayarkən xəsarət alıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər. 

Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. Ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. 
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO