İyunun 12-də Bakı-Şamaxı yolunda baş verən qəzada ağır yaralanan VI sinif şagirdi Elnur Qasımov sağlamlığına qovuşub.
Bizim.Media xəbər verir ki, E.Qasımov bazu sümüyünün orta üçdə birinin yerdəyişmiş sınığı və kəllə-beyin travması diaqnozu ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda stasionar müalicəyə cəlb edilmişdi.
Aldığı travma səbəbindən onun müalicəsi üçün TƏBİB-in digər tabeli müəssisəsi olan Uşaq Nevroloji Xəstəxanasından həkim-mütəxəssislə konsilium aparılaraq əməliyyatına qərar verilmişdi.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Elviz Qasımovun nəzarəti altında həkim-travmatoloq Elşən Məhərrəmov tərəfindən icra edilən əməliyyat uğurla nəticələnib. 1
6 gündür müalicə alan E.Qasımov bu gün xəstəxanadan ambulator müalicə üçün evə buraxılıb.
Bizim.Media
![Şamaxıdakı qəzada yaralanan məktəbli evə buraxıldı Şamaxıdakı qəzada yaralanan məktəbli evə buraxıldı](https://bizim.media/file/articles/2022/06/29/1656511733_4.jpg)
- A-
- A
- A+
Cəmiyyət
18:16 / 29.06.2022
Şamaxıdakı qəzada yaralanan məktəbli evə buraxıldı
Hazırda oxunan: Şamaxıdakı qəzada yaralanan məktəbli evə buraxıldı
Hazırda oxunan: Şamaxıdakı qəzada yaralanan məktəbli evə buraxıldı
81561
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.