Goranboy və Naftalana içməli suyun verilməsi bərpa olundu

Goranboy və Naftalana içməli suyun verilməsi bərpa olundu

Hazırda oxunan: Goranboy və Naftalana içməli suyun verilməsi bərpa olundu

81552

İntensiv yağıntıların və sel sularının Goranboy və Göygöl rayonlarında su mənbələrinə vurduğu ziyanın fəsadları aradan qaldırılır.  

Bizim.Media  xəbər verir ki, "Azərsu" ASC tərəfindən su mənbələrində infiltrasiya qurğusunun təmizlənməsi işləri intensiv qaydada davam etdirilir. 

Son günlər müşahidə olunan intensiv yağıntılar və sel suları Goranboy və Göygöl rayonlarında şəhər mərkəzlərini və bəzi kəndləri içməli su ilə təmin edən Ballıqaya, Bənövşəli və Kürəkçay mənbələrinə ciddi ziyan vurub.
İyunun 22-də sel nəticəsində Qaraçay çayından gələn ağac qırıntıları, daş və lil Ballıqaya sutəmizləyici qurğusunun infiltrasiya sahəsini bərk kütlə ilə doldurub və qurğuda emal prosesi tam dayanıb.

Qısa müddətdə qurğuda təmizləmə işləri aparılaraq suyun verilişi bərpa olunsa da, iyunun 25-də selin təkrarlanması emal prosesinin yenidən dayanmasına səbəb olub. Nəticədə, Goranboy, Naftalan və Xocalı sukanal sahələrinin bu mənbədən qidalanan yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılıb.

“Azərsu” ASC tərəfindən əraziyə xüsusi texnika və maşınlar cəlb olunaraq təmir-bərpa işlərinə başlanılıb. Artıq qurğunun bir hissəsi təmizlənib. Goranboy, Naftalan şəhərlərinə və Ağcakənd qəsəbəsinə, eləcə də bir sıra kəndlərə içməli suyun verilməsi qismən bərpa olunub. 
Artıq Bənövşəli mənbəyinin fəaliyyəti bərpa edilib, Kürəkçay mənbəyində isə işlər davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO