Çempion rəfiqələri ginekoloqun müəmmalı ölümündən danışdı:

Çempion rəfiqələri ginekoloqun müəmmalı ölümündən danışdı: "Əri döyüb, məcbur edib ki…"

Hazırda oxunan: Çempion rəfiqələri ginekoloqun müəmmalı ölümündən danışdı: "Əri döyüb, məcbur edib ki…"

81519

Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur.

Bizim.Media xəbər verir ki, məşhur ginekoloqun özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atdığı deyilir.

Hadisədən sonra yaxınları, dostları mediaya Xalidə Kəngərlinin özünü binadan atmasının ağlabatan olmadığını deyiblər.

Cebhe.info-ya X.Kəngərlinin idmançı rəfiqələri danışıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Ölən həkimin əri istintaqa cəlb olundu


Azərbaycanın qadın paracüdoçusu, ötən il Tokio Paralimpiadasında ölkəmizə beşinci qızıl medalı qazandıran Xanım Hüseynova Xalidənin intihar etməsinin mümkün olmadığını bildirib:

"Mümkün deyil ki, Xalidə intihar etsin. Deyirlər ki, ərinin psixoloji problemləri olub. Xeyr, elə deyil. Xalidənin əri Dövlət Gömrük Komitəsində işləyir. Gömrükdə işləyənin psixoloji problemləri ola bilər? Düşünürəm ki, dövlət işində işləyənlərin belə bir problemi olmamalıdır. Xalidə elə yaxşı insan idi ki... Kimi dindirsən, onun gülərüz, mərhəmətli, dünyanı sevən insan olduğunu deyərdi. Həmin gün əməliyyata gedib, əhvalı yaxşı olub. Mən istəmirəm ki, bunun üstü intihar kimi bağlansın".

Xanım Hüseynova bildirib ki, həyat yoldaşı onu özünü binadan atmağa məcbur edə bilərdi:

"Mən özüm əvvələr onun bədənində göy qançırlar görmüşəm, amma üzünə vurmamışam. Xalidə Kəngərlinin illərlə əri tərəfindən qapalı şəraitdə saxlanılması barədə gəzən söz-söhbətlər də doğru deyil. Onun intihar etməsi yalnız 1 faiz ola bilər".

Xalidə Kəngərlinin digər rəfiqəsi, çempion, cüdoçu Gülsədəf Kərimova da açıqlama verib:

"Xalidə çox həyatsevər qadın, pozitiv insan idi. Onun bütün dostları yaxşı bilirdi ki, heç vaxt intihar etməz. Bu mümkün deyil. İnsanların qucağına körpə verən insan idi, heç vaxt öz körpələrini qoyub çıxıb getməzdi".
Gülsədəf Kərimova son zamanlar mərhum ginekoloqun əri tərəfindən fiziki şiddət gördüyünü və depressiyada olduğunu da bildirib:

"Axırıncı dəfə iki gün qabaq onunla danışmışdım. Gülüb-danışmışdıq. Bir müddət əvvəl də klinikaya getmişdim, gördüm ki, Xalidə çox arıqlayıb. Mənə dedi ki, depressiyadayam. Evdə problemlərim var. Yoldaşı onu çox incidirdi, döyürdü, ona əl qadırırdı. Evdə hər şeyi Xalidə edirdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO