“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə III oxunuşda müzakirəyə çıxarılıb.
Bizim.Media xəbər verir ki, parlamentin bu gün keçirilən növbədənkənar iclasında layihə III oxunuşda qəbul edilib.
Dəyişikliklərə əsasən, Milli Məclisin sədri 3550 manat aylıq vəzifə maaşı alacaq.
Milli Məclis sədrinin birinci müavini parlament sədrinin aylıq vəzifə maaşının 90 faizi qədər maaş alacaq.
Milli Məclis sədrinin müavini - 85 faizi, komitə və komissiya sədri - 80 faizi, komissiya sədrinin müavini - 75 faizi, deputat isə parlament sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:22 / 29.06.2022
Deputatların maaş artımı məsələsi III oxunuşda qəbul edildi
Hazırda oxunan: Deputatların maaş artımı məsələsi III oxunuşda qəbul edildi
Hazırda oxunan: Deputatların maaş artımı məsələsi III oxunuşda qəbul edildi
81476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.