Tamam Cəfərova bu vəzifəyə seçildi

Tamam Cəfərova bu vəzifəyə seçildi

Hazırda oxunan: Tamam Cəfərova bu vəzifəyə seçildi

81471

Venesuela parlamenti ilə əlaqələr üzrə işçi qrupuna sədr seçilib.  

“Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə layihə bu gün parlamentdə müzakirəyə çıxarılıb.  

Layihəni parlamentə təqdim edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, Venesuela ilə dostluq qrupunun yaradılması müsbət haldır.  
Layihəyə əsasən, millət vəkili Tamam Cəfərovanın Venesuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin olunması təklif edilib.  

Layihə səs çoxluğu ilə qəbul olunub.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO