Qonşusunu bıçaqlayan şəxsin işi məhkəməyə göndərildi

Qonşusunu bıçaqlayan şəxsin işi məhkəməyə göndərildi

Hazırda oxunan: Qonşusunu bıçaqlayan şəxsin işi məhkəməyə göndərildi

81455

Martın 8-də Mingəçevir şəhər sakini Elnar Rəcəbova bıçaqla xəsarətlər yetirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. 

Şəhər prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış istintaqla zərərçəkmişin qonşusu Şirxan Hacıələkbərovun heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla Elnar Rəcəbova xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Şirxan Hacıələkbərova Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO